Noy 03, 2023 18:54 Asia/Baku
  • Haqq cəbhəsi və Fələstin qalib gələcək

İran İslam Respublikasının prezidenti Fələstin olaylarına işarə ilə deyibdir ki, haqq cəbhəsi və Fələstin qalib gələcək.

Ölkənin qərbində yerləşən Banə sərhəd rayonunun əhalisi qarşısında çıxış edən Seyid İbrahim Rəisi bildiribdir ki, sionist rejimin Qəzzəyə qarşı hücumunda dörd min fələstinli uşaq qanına qəltan edilib.

Bu gün Fələstində müşahidə olunanların nümunəsi, İraqın bəəs rejiminin İrana qarşı icbari müharibəsində görünübdür- deyən İran prezidenti əlavə edib: Əgər dünən cinayətkar Səddam, amerikalılar və şər Avropa ölkələrinin başçıları mühakimə olunsaydılar, bu gün Qəzzədə Amerika və sionist rejim tərəfindən bu dəhşətli cinayətlər müşahidə olunmazdı.

 

Teqlər