Dek 20, 2023 09:50 Asia/Baku

İsveç apellyasiya məhkəməsi özünün insan hüquqları qanunlarına zidd və qəddarcasına rəftarlarının davamında İran vətəndaşı Həmid Nuriyə qarşı ömürlük həbs cəzası hökmünü təsdiq edib.

İsveç apellyasiya məhkəməsi Stokholm bölgə məhkəməsinin Həmid Nuriyə qarşı ömürlük həbs cəzası hökmünü/ iddia olunan «beynəlxalq qanunun pozulması və qətl» ittihamlarına görə, təsdiq edib.

İran vətəndaşı Həmid Nuri doqquz noyabr iki min on doqquzuncu il tarixində İsveçə daxil olarkən həmin ölkənin təhlükəsizlik qüvvələri tərəfindən həbs olundu və hazırda zindanda həbsdədir.

Nuri İsveç prokurorluğu tərəfindən/ otuz dörd il bundan öncə İranda iddia olunan hadisələrdə əli olmaqda ittiham olunub. Bu məhkəmə işinin şikayətçiləri də başlıca olaraq, terrorçu münafiqlər qaragüruhunun üzvləridirlər.

Həmid Nurinin vəkilləri, eləcə də bir çox beynəlxalq vəkillər Həmid Nuriyə qarşı məhkəmənin prinsipi və prosesinin/ siyasiçilikdən təsir aldığını və beynəlxalq hüquq qanun-qaydaları və hətta İsveçin daxili qanunlarından uzaq olduğunu bildiriblər.

 

Teqlər