Yan 31, 2024 17:04 Asia/Baku
  • Fəcr Film Festivalının açılışı olub

Bu gün saat 18:00-da Vəhdət zalında 42-ci Fəcr Film Festivalının açılışı olacaq.

Ötən illərdə bu festivalının açılış mərasimi baş tutmasa da, bu il təntənəli açılış mərasimi ölkənin sənət adamlarının və kinematoqrafçıların iştirakı ilə Vəhdət zalında keçiriləcəyi gözlənilir.

42-ci Fəcr Film Festivalının icraçı drektoru Müctəbi Əmininin sözlərinə görə, festivalda musiqi, kino və sənət adamlarının təltifi açılış mərasiminin proqramlarından biri olacaq.

Həmçinin, sənədli kino, qısametrajlı filmlər və reklam xidmətləri sahəsində üç nominasiya üzrə qaliblərin təltif ediləcəyi də açılış mərasimində nəzərdə tutulub.

Qeyd edək ki, builki festivalda " Simurq sevdası" və "Yeni baxış" bölmələrində nümayiş üçün 33 film seçilib. Filmlərin nümayişi cümə axşamı, fevaral ayının 1-i kinoteatrlarda başlayacaq.

 Xatırladaq ki, festival fevralın 1-dən 11-dək keçiriləcək.

 

Teqlər