Fev 14, 2024 19:16 Asia/Baku
  • SƏCDƏ EDƏNLƏRİN AĞASI HZ. İMAM SƏCCADIN (Ə) MÖVLUDU MÜBARƏK!

Sabah şəban ayının 5-i (fevralın 15) şəhidlər sərvəri imam Hüseynin oğlu vilayət səmasının dördüncü parlaq ulduzu imam Səccadın (ə) mübarək mövlud günüdür. O həzrətin Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır.

Səcdə edənlərin ağası Hz. imam Səccadın (ə) 38-ci hicri-qəməri ilində dünyaya gəlmiş və uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. Təxminən iki il babası imam Əlinin (ə), on il də əmisi imam Həsənin (ə) imamət dövrünü görmüşdür.

 

Hicrətin 61-ci ilinin Məhərrəm ayında atasının inqilab və şəhadəti zamanı Kərbəlada iştirak etmiş, lakin xəstə olduğu üçün döyüşməmişdir. O həzrət bu səfərdə öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etmiş və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamışdır.

İmam Səccad (ə) “Aşura” faciəsindən sonra Əhli-beyt əsirlərinin başında olmaqla “Aşura” inqilabının və imam Hüseynin (ə) şəhadətinin carçısı olmuş, öz söhbət və çıxışları ilə Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və camaatın düşüncəsini oyatmaqla məşğul olmuşdur.

 Bu bayram günü münasibəti ilə kanalımız Səhər Azəri adından başda İmam Zaman (Ə.F) olmaqla bütün müsəlmanları təbrik edirik.

 

Teqlər