Mart 01, 2024 09:58 Asia/Baku
  • Xalq, seçkilərdə iştirakla düşmənləri məyus edin

Həzrət Ayətullahuluzma Xamenei buyurublar: Bizim əziz xalqımız bilsin ki, bu gün istər xalq təbəqələri, istər siyasi şəxslər, istərsə də mötəbər milli və siyasi yerlərin sahibləri olsunlar- dünya xalqlarından bir çoxlarının gözləri İrana dikilibdir.

İslam İnqilabının Böyük Rəhbəri- Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər səsvermənin başlandığı ilk dəqiqələrdə İmam Xomeyni(r.ə.) adına hüsenyniyyədə, yüz on saylı səyyar qutunun yerləşdiyi məkanda olaraq, İslam Şurası Məclisinə on ikinci və Xübreqan Məclisinə altıncı seçkilər üçün öz səslərini seçki qutusuna atıblar.

Həzrət Ayətullahuluzma Xamenei sonra jurnalistlər qarşısına çıxıb və buyurublar: Allah-Taaladan istəyirik ki, bu günü İran xalqı üçün mübarək gün qərar versin və əziz xalqımızın və müxtəlif seçki məsələləri üzrə məsul şəxslərin səyləri inşaallah, yaxşı nəticələrə çatsın və İran xalqının xeyrinə başa çatsın.

O həzrət əlavə ediblər: Mən iki tövsiyə edəcəyəm və sonra möhtərəm müxbirin sualına cavab verəcəyəm. Əziz xalqa olan birinci tövsiyə budur ki, Quran bizə buyurub; xeyirxah işlərdə yarışın və başqalarını qabaqlayın.

İnqilab Rəhbəri vurğulayıblar: Mən ötən seçkilərdə də dedim ki, təkid edirəm: Tez bir zamanda bu fürsətdən istifadə edin və mümkün olan ilk saatlarda öz səsinizi seçki qutularına salın.

O həzrət əlavə ediblər: İkinci tövsiyə budur ki, hər bir məntəqədə həmin məntəqəyə lazım olan sayda səs verin. Məsələn, Tehranda Xübreqan üçün on altı nəfərə ehtiyac vardır və on altı nəfərə səs verin, ondan azına yox.

Həzrət Ayətullahuluzma Xamenei buyurublar: Bizim əziz xalqımız bilsin ki, bu gün istər xalq təbəqələri, istər siyasi şəxslər, istərsə də mötəbər milli və siyasi yerlərin sahibləri olsunlar- dünya xalqlarından bir çoxlarının gözləri İrana dikilibdir.

O həzrət söyləyiblər: Həm bizim dostlarımız və İran xalqına maraq göstərənlər, həm də bədxahlar- hər tərəfdən gözlər ölkəmizin və əziz xalqımızın məsələlərinə dikilibdir. Buna diqqət yetirin ki, dostları sevindirin və bədxahları məyus edin.

İnqilab Rəhbəri əlavə ediblər: Mənim tərəddüd edənlərə xitab edəcəyim son söz budur ki: Xeyir işdə istixarəyə ehtiyac yoxdur.

 

 

Teqlər