Mart 26, 2024 17:01 Asia/Baku

İslam İnqilabının Ali Məqamlı Rəhbər bir qrup şair və fars dilli incəsənət və ədiblərlə görüşündə fars şeirini media müharibəsi dövründə əvəzolunmaz və güclü vasitə hesab edib.

Ali Rəhbərin informasiya mərkəzinin məlumatına əsasən İmam Həsən Müctəbanın (ə) mövludu münasibəti ilə bir qrup şair və fars dilli ədiblər İslam İnqilabının Ali Məqamlı Rəhbərinin görüşündə olublar.

Müəzzəm Rəhbər şairlərin oxuduğu şeirləri dinlədikdən sonra fars şeirinin davamlı inkişafı və hiss etdirdiyi yüksək məqamından məmnunluğunu ifadə edərək, şeiri media müharibəsi dövründə mühüm və təsirli vasitə olduğunu diqqətə çatdırmışlar.

"Bu sahədə biz fars şeiri və ədəbiyyatının nadir irsindən güclü bir vasitə kimi istifadə etməliyik və ən yaxşı şəkildə faydalanmaq üçün təsirli və nüfuzedici tərəfini diqqtdə saxlamaqla din, sivilizasiya, irançılıq, dayanıqlıq və şücaət kimi əsas meyarları dünya ictimaiyyətinə ötürülməlidir"- İnqilab Rəhbəri əlavə edib.

Həzrət Ayətullahul-Uzma Xamenei daha sonra buyurublar: "Təbii ki, poeziya sənətinin təsirli olmasının şərti onun bədii mahiyyətindədir. Bədiilik isə, möhkəm və qalıcı sözdən, mövzunu yansıtmaqdan və onun ifadə keyfiyyətindən asılıdır"

Ali Məqamlı Rəhbər daha uyğun və faydalı motivlərin seçilməsini şeirin təsirli və davamlılığının digər şərti olduğunu qeyd edərək, şeirin "din və əxlaq”, “mədəniyyət” və “irançılıq” motivlərinin əsasında yaradılmasını nəzərə çatdırmışlar.

O Həzrət, İran xalqının şücaətli mövqe nümayiş etdirməsini hegemon zalımların zülmü və əsarətinin başlıca nümunəsi yəni Amerika və sionistlər qarşısında imtiyazlı və təsirli mesaj daşıdığını bildirərək "İran xalqı ayağa qalxaraq öz mövqelərini açıq şəkildə və heç bir mənfur gücü gözə almadan bəyan etməsi dünya xalqları üçün çox mühüm və aktuallıq daşıyır. Bunu ən yaxşı şəkildə prezidentlərin xarici səfərlərində və çıxışlarında belə bir mövqelərin necə qarşılanmasına dair nümunələri göstəmək olar" -deyə buyurublar.