Mart 28, 2024 15:15 Asia/Baku
  • Əmir-Abdullahiyan Türkmənistan milli lideri və prezidentilə görüşüb

Türkmənistan rəsmilərinin dəvətilə Aşqabada səfər edən İran İslam Respublikasının xarici işlər naziri özünün ilk iş proqramında Türkmənistanın milli lideri və bu ölkənin xalq məşvərət şurasının sədri Qurbanqulu Berdı-Məhəmmədovla görüşüb.

Hüseyn Əmir-Abdullahiyan bu görüşdən sonra Türkmənistan prezidenti Sərdar Berdı-Məhəmmədovla görüş keçirib.

İqtisadi-ticari, tranzit, enerji və terrorizmlə mübarizə məsələləri xüsusiyyət təşkil etməklə iki tərəfi maraqlandıran məsələlər barədə söhbət/ məşvərət üzrə ən mühüm mövzulardan olub.

Əmir-Abdullahiyan bu gün axşam da öz türkmənistanlı həmkarı Rəşid Mərdov-la görüşəcək.

Bu səfərin fonunda qeyd edək ki, Türkmənistanın milli lideri və bu ölkənin xalq məşvərət şurasının sədri Qurbanqulu Berdı-Məhəmmədovun ötən il Tehrana olmuş səfəri gedişində iki tərəf arasında imzalanmış sənədlər icra mərhələsinə daxil olub.

Ötən iki il yarım ərzində iki ölkə arasındakı anlaşmaların genişlənməsi nəticəsində iqtisadi mübadilələr həcmi iki yüz milyon dollardan aşağı səviyyədən/ dörd yüz altmış milyon dollaradək yüksəlibdir.

Tehran-Aşqabad əlaqələrinin genişlənməsinə əsasən, hər iki ölkənin rəsmiləri qarşılıqlı əməkdaşlıqlar səviyyəsini daha da yüksəltmək əzmindədirlər.

Qeyd edək ki, İran prezidentinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Kazemi-Qomi, İran Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin baş müdiri Əlirza Mahmudi və nazirliyin Avrasiya şöbəsinin müdiri Dəmirçilu/ Əmir-Abdullahiyanı bu səfərdə müşayiət edirlər.