Mart 28, 2024 15:47 Asia/Baku
  • Fələstin amalini himayə etməklə fəxr edirik

Sionist rejim sülhə qarşı olan bir mövcuddur Fələstin amalını himayə etməklə fəxr edirik

İran İslam Respublikası Fələstin xalqının hüquqlarının müdafiəsində möhkəm dayanıb və Fələstin amalını himayə etməklə fəxr edirik. Bu sözləri İran prezidenti Həmas hərəkatının siyasi bürosunun sədri ilə görüşdə deyib.

İran İslam Respublikası prezidenti Ayətullah Seyid İbrahim Rəisi Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri- İsmayıl Həniyyə və onu müşayiət edən nümayəndə heyətilə görüşdə öncə mübarək ramazan ayını, həmçinin Qəzzə əhalisinin qəsbkar sionist rejimin siyasət və hədəflərini uğursuz qoymaq sahəsindəki qəhrəmanlığı və qələbəsini təbrik edib.

Doğrudan da bu gün məzlum, lakin qüdrətli Qəzzə əhalsinin fədakarcasına müqavimətilə Fələstin məsələsi İslam Dünyası miqyasını keçib və bəşəriyyət dünyasının məsələsinə çevrilibdir- deyə, Rəisi bildirib.

İran prezidenti əlavə edib: Dünya xalqları bütün varlıqları ilə cinayətkar sionist rejimə və onun əsas hamisi olan Amerikaya nifrət,/ məzlum Qəzzə əhalisinə isə məhəbbət bəsləyirlər.

Fələstin müqavimət qüvvələrinin «Ələqsa Tufanı» əməliyyatındakı qəhrəmanlığı misilsiz bir hadisə idi və onun sionist rejimə vurduğu zərbələr və bu rejimin məğlubiyyətləri olduqca böyükdür- deyən İran prezidenti vurğulayıb: Bu gün bütün dünya xalqlarına isbat olan məsələ, Fələstin məsələsinin və İran İslam Respublikası da daxil olmaqla onun müdafiəçilərinin mövqelərinin haqlı olmasıdır və regiondakı bütün əmin-amansızlıqların kökü olan qəsbkar və cinayətkar sionist rejim sülhə qarşı olan bir mövcuddur.

Şübhəsiz, qəti və son qələbə, Fələstin xalqınındır və məğlubiyyət sionist rejimin və onun hamilərinə nəsib olacaq- deyən İran prezidenti vurğulayıb: İran İslam Respublikası Fələstin xalqının hüquqlarının müdafiəsində möhkəm dayanıb və Fələstin amalını himayə etməklə fəxr edirik.

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas hərəkatının siyasi bürosunun sədri- İsmayıl Həniyyə də bu görüşdə Fələstin xalqı, Qəzzə sakinləri və sionist rejimlə döyüş meydanında döyüşənlərin İranın dövləti və xalqına olan salamlarını çatdırmaqla İran İslam Respublikasının məzlum Fələstin xalqını himayə istiqamətindəki səylərini yüksək dəyərləndirib.

Həmas hərəkatının siyasi bürosunun sədri sonra cari hadisələr və Qəzzədəki olayların perspektivi barədə ətraflı məlumat təqdim edib. Bildirib ki: Ələqsa Tufanı əməliyyatı Fələstin xalqına nadir nailiyyətlər gətirdi.