İran xalqı ilk Qədr gecəsini keçirdi
İranın hər yerindən xalq müqəddəs Ramazan ayının 19-cu gecəsi və ilk Qədr gecəsi münasibətilə məscid və ziyarətgahlarda toplaşmış və bu əziz və rəhmət dolu gecəni dua və ibadətlə keçirərək oyaq qalmışlar.
İslam tarixinin ən qəmli günlərindən sayılan Əmirul-Möminin Həzrət Əlinin zərbətlənən günüdür. Hicrətin 40-cı ili Mübarək Ramazan ayının 19-u baş vermiş bu hadisə belə xatırlanır. Sübh çağı xəvaric dəstəsindən olan İbn Mülcəm Muradi Müttəqilər mövlası, İmam Əli ibni Əbi- Talibi (ə) namaz üstə zəhərli qılıncla mübarək başına zərbə endirib.
Bütün ümmətin Mövlası aldığı yara səbəbi ilə iki gün sonra mübarək Ramazan ayının 21-də şəhidətə yetişib.
Müəslmanlar hər il bu hüzün dolu günü xüsusi məhəbbətlə qeyd edir. Mübarək Ramazan ayının 19, 21 və 23-cü gecələrinə, yəni Qədr gecələrinə təsadüf edən bu günlər həm İlahi ziayəfəti dua və ibadətlə keçirməyə və həm də O həzrətin müqəddəs amallarını yad edib Əhli-beyt (ə) müsibətinə oturmaqla qeyd edilir.
Quranın nazil olduğu bu rəhmət dolu gecələrdə oyaq qalmaq, Quran oxumaq, dua etmək, xüsusilə Cövşən Kəbir kimi Allahın 1000 adının çəkildiyi duaları oxumaqla öz qəlb sözlərini Uca Rəbbin qarşısında etiraf edir və hacətlərini, arzularını məhz bu gecədə İlahi dərgahdan istəyirlər.
Heç bir gecənin fəzilətinin üstün olmadığı bu1000 aydan üstün mübarək gecələr Allah dərgahında çağırış və yalvarışın İlahi Varlığa səslənişin gecəsidir.
İran xalqı insan taleyinin təyin olunduğu və İlahi ziyafətin verildiyi bu Qədr gecələrini məscid və ziyarətgah kimi dini və müqəddəsməkanlarda xüsusən Xorasan Şahı Həzrət İmam Rzanın (ə) pak hərəmində, Cəmkəran məscidi və Həzrət Məsumənin (ə) hərəmində qeyd edirlər.