Qədr gecəsi taleyimizin təyin olunduğu gecədir
Bu gecə ikinci əhya gecəsidir. İmam Sadiqin (ə) “insanın bir il boyunca taleyininin təsdiq olunduğu gecə”ni mübarək Qədr gecəsində təyin olduğunu buyurduğu həmin gecə.
İmam Sadiq (ə) buyurur: “Allah Ramazan ayının 19-da birinci Qədr gecəsi ilə bağlı hökmləri 21-ci gecədə təsdiq edilir və 23-cü gecədə bu hökmlər imzalanır.”
Əxlaq alimləri tövsiyə edirlər ki, bu üç gecəni oyaq qalmaqla, bir ilin taleyini müəyyən edir, bu gecələrə etinasız yanaşmaq insanın mənəvi geriləməsinə səbəb olur.
Qədr gecəsi elə bir gecədir ki, bütün ilin heç bir gecəsi onun qədər xeyirli və fəzilətli deyil. Əməlləri min aydan üstün olduğu, Rəbbin izni mələklərin xüsusilə Ruhul-Əminin yerə endiyi bu gecə il boyunca insanların taleyi müəyyənləşir.
İlahi höccət İmam Zamanın (Ə,F) hüzuruna hörmətlə baş əyən müqərrəb mələklər hər kəsin taliyenə qismət olanı İmam Zamana təklif edirlər. Bu məzmun Qədr surəsinin ikinci ayəsində gecənin əzəməti haqda təfsirlərdə ifadə edilib.
Böyük müfəssir Təbatəbai yazır ki, həmin bu ayə Qədr gecəsinin əzəmət və ucalığını və onun böyük izzətinə işarədir. Bu o deməkdir ki, olduqca mühüm və fəzilətli olan bu gecədə ayələri qulaq asan hər kəs bu şəkildə sorğu-sual olunur və ona müraciət edilir.
“Qədr” kəlməsi Quranda dərəcə və məqam, qismət və təqdir, məşəqqət və çətinlik, həmçinin miqdar və ölçü mənalarında işlənmişdir.
Kainatın hesabı, kitabı var, hətta göydən yağan yağışın miqdarı da hesablanıb, təkcə yağışın deyil, hər şeyin Allah yanında bir qədəri, ölçüsü var.