Apr 01, 2024 19:16 Asia/Baku
  • İran sionist rejimin Əşşifa xəstəxanasındakı cinayətləri haqda beynəlxalq təhqiqatın zərurətini vurğulayıb

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qəzzənin Əşşifa xəstəxanasında törədilən qırğın, işgəncə və dağıntılar barədə beynəlxalq təhqiqatın aparılması zərurətini vurğulayıb.

Qəzzə zolağında yerləşən Fələstin dövlət informasiya ofisi şənbə günü gecə bildirdi ki, sionist rejim ordusu törətdiyi cinayətlərdə Qəzzə şəhərində yerləşən Əşşifa xəstəxanasının ətrafındakı min əlli evi dağıdıb və yandırıbdır.

Sionist hərbçilər ötən bir neçə gün ərzində Əşşifa xəstəxanasına qarşı hücumlarında 400-dən çox fələstinlini şəhid ediblər.

Bu istiqamətdə, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bu gün virtual mühitdəki şəxsi səhifəsində yazıb: Sionist rejim ordusunun ikihəftəlik mühasirəsindən sonra Qəzzənin Əşşifa xəstəxanası ilə bağlı yayılan görüntülər, yerli şahidlərin sözləri, həmçinin bu xəstəxanadakı fələstinli məhbusların sayı, qırğın, işgəncə və dağıntı miqdarı barədə yayılan informasiya və video reportajlar dəhşətli və şokedicidir.

Bu cinayətlər barədə beynəlxalq təhqiqat təcili zərurət daşıyır- deyən İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi sual edib: Görəsən, beynəlxalq təşkilat və orqanlar öz vəzifələrini yerinə yetirəcəklər? Görəsən, insan hüquqları üzrə tanınmış iddiaçılar bu aşkar hərbi cinayətlərin miqyası barədə beynəlxalq təhqiqatı himayə edəcəklər,/ yoxsa insan hüquqları barədəki ayrı-seçkili və seçimli rəftarlar davam edəcək?

Fələstin səhiyyə nazirliyinin bildirdiyinə görə, İsrail rejiminin ötən il oktyabrın yeddisindən bəri Qəzzə zolağına qarşı hücumlarında şəhid olanların sayı 32 min 782 nəfərə çatıb.

 

Teqlər