Biz İran İslam Respublikasının təmkininin davam etdirilməsini tələb edirik
Avropa Birliyinin xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi BMT-nin baş katibi Quterreşin İran İslam Respublikasının səfirliyinə edilmiş qanlı terror hücumunu pisləməsini xatırladaraq, İran İslam Respublikasının təmkinli davranmağa çağırıb.
Hüseyn Əmir-Abdullahian Avropa Birliyinin ali nümayəndəsi Cozep Borrel ilə telefon danışığında sionist rejimin İran İslam Respublikasının Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə şəhadətlə nəticələnən terror hücumu haqda məlumat verərək ölkəsinin 7 hərbi müşavirinin və aralarında bir ana və uşağın da olduğu çox sayda mülki vətəndaşın, yaralandığını bildirərək deyib: “Avropa siyasi dairələri İran İslam Respublikasını həmişə təmkinli olmağa dəvət edir. Bu çağırış isə, İsrail rejiminin beynəlxalq qanun və qaydaları pozaraq, Diplomatik və Konsulluq Hüquqları Konvensiyasına əsasən tam toxunulmazlığa malik olan diplomatik məkana hücum etdiyi bir vaxtda baş verir”
İranın xarici işlər naziri əlavə edib:
“Bu terror aktında İsrail rejimi tərəfindən regional sülh və təhlükəsizliklə bərabər, diplomatların və diplomatik mərkəzlərin təhlükəsizliyi tamamilə pozulub.
Diplomatik xidmətin rəhbəri daha sonra qeyd edib: “Təəssüflər olsun ki, İsrail rejiminin Qəzzədə törətdiyi soyqırım və hərbi cinayətlər ABŞ-ın geniş dəstəyi ilə hələ də davam edir və belə bir şəraitdə ABŞ-ın İsrail rejiminin hərbi cinayətlərinə nəzarət etməsə və himayəsini dayandırmasa, regionda gərginliyin yaranmasına birbaşa cavabdeh elə ABŞ-ın özü olacaq”
“Gözləntilər budur ki, Avropa İttifaqı bu cinayətləri dərhal hərəkətə keçirərək qəti şəkildə pisləməlidir”-deyə diqqətə çardıran Əmir Abdullahian daha sonra vurğulayıb ki, "Təsəvvür edin, Ukraynanın müharibə şəraitində Qərb ölkələrinin səfirliklərindən birinin binasına qarşı belə bir hadisə baş versə, Avropa İttifaqının reaksiyası sizcə necə olacaqdı?"
Cozef Borrel də bu telefon danışığında BMT-nin baş katibi Quterreşin İran İslam Respublikasının səfirliyinə hücumu pisləməsinə toxunaraq qeyd edib ki, biz həmçinin hesab edirik ki, İsrailin son hərəkətləri regionda deeskalasiya ilə ziddiyyət təşkil edir.
Borrell daha sonra İran İslam Respublikasının ciddi narahatlıqlarını Aİ-nin digər üzvlərinə çatdıracağını deyərək İran İslam Respublikasının təmkinli davranmasına davam etdirməyə çağırıb.
Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Qəzzədə baş verənlərlə bağlı danışığında deyib:
“Təəssüf ki, Qəzzədə baş verən müharibəni dayandırmaq üçün səylərimiz indiyədək uğurlu olmayıb, lakin bu sahədə əlimizdən gələni etməyə davam edəcəyik”