İranın cənub-şərqində qanlı terror hücumu baş verib
İranın Cənub-Şərqi Sistan və Bəlucistan vilayətinin təhlükəsizlik və hüquq-mühafizə rəisinin müavini Rask və Çabahar şəhərlərində iki hərbi düşərgədə terror aktı törədildiyini açıqlayıb.
Mənfur sionist rejimdən asılılığı tamamilə aydın olan Ceyşuz-Zülm terror qruplaşması, ötən gecə Rask və Çabaharda SEPAH qərargahını ələ keçirməyə cəhd edib. Bu hücum İranın təhlükəsizlik xidməti tərəfindən aparılan erkən əməliyyatlar nəticəsində onların planı baş tutmayıb.
Sistan və Bəlucistan valisinin Dez şəhəri üzrə təhlükəsizlik və ictimai asayişin mühafizəsi üzrə müavini Əlirza Mərhəməti bildirib ki, bölgədəki vəziyyət İranın təhlükəsizlik qüvvələrinin tam nəzarəti altındadır.
İranın daxili işlər nazirinin müavini Seyid Məcid Mir Əhmədi də terrorçuların İran İnqilabı Keşikçiləri Korpusunun Çabahar və Raskdakı qərargahını ələ keçirə bilmədiyini və təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alındıqlarını bildirib.
İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı da həmçinin aparılmış əməliyyatlarda ölən terrorçuların sayı 16-ya yüksəldiyini açıqlayıb. General Pakpur əlavə edib: “Çabaharda şəhər mühiti normal hala qayıdıb”
Qeyd edək ki, terror qruplaşmasının ötən gecə zərərsizləşdirmə əməliyyatlarında 2 polis əməkdaşı, 2 Sərhəd Mühafizəsi əməkdaşı, 7 SEPAH və Bəsic əməkdaçları şəhid olub.