Apr 05, 2024 17:00 Asia/Baku
  • Bütün İranda Ümumdünya Qüds Günü yürüşü möhtəşəm şəkildə keçirilib

İslami İranın iki mindən çox şəhər və kəndində Ümumdünya Qüds Günü yürüşü mərasimi keçirilib.

Mərasim səhər saat ondan etibarən, rəsmi şəkildə Tehranda və raynlarda keçirilib. Bununla belə, bəzi rayonlarda insanlar daha tez yürüş marşrutuna daxil olublar.

Paytaxt Tehranda insanlar on marşrutdan Tehran Universitetinə doğru yürüş keçiriblər. Eyni zamanda, sionist rejimin İran İslam Respublikasının Suriyadakı səfirliyinin konsulluq binasına qarşı hücumu şəhidlərinin cənazələri Tehranın Firdovsi meydanından müşayiət edilib.

İslami Təbliğat üzrə Koordinasiya Şurası builki Qüds günü yürüşünün şüarını «Ələqsa Tufanından Ələhrar Tufanınadək!» elan etmişdi.

Ümumdünya Qüds Günü yürüşünün iştirakçıları/ yekun qətnaməsində islami dövlətlər xüsusiyyət təşkil etməklə bütün dövlətlərdən istəyiblər ki, öz hüquqi, siyasi, iqtisadi, ictimai və media imkanlarından/ daimi atəşkəsin reallaşması, həmçinin Qəzzə əhalisinin təcili ehtiyaclarına uyğun şəkildə humanitar yardımların axıdılması, eləcə də məişət, xidmət və səhiyyə sahələrində onun dayanıqlı surətdə təmin edilməsində istiadə etsin və bu etik və humanist məsələdə hər hansı qəflətə qapılmadan çəkinsinlər.

Həmçinin qondarma sionist rejimin İran İslam Respublikasının Suriyadakı səfirliyinin konsulluq binasına qarşı hücum üzrə cinayətini pisləyən yürüş iştirakçıları vurğulayıblar ki, sionistləri sərt və peşmanedici bir cavab gözləyir.

 

Teqlər