Apr 08, 2024 12:32 Asia/Baku
  • İslami ölkələr sionist rejim qarşısında daha güclü addım atmalıdırlar

Hüseyn Əmir-Abdullahian İran İslami ölkələrin sionist rejim qarşısında daha güclü addım atmalarını vurğulayıb

İran xarici işlər naziri öz omanlı həmkarı ilə görüşdə islami ölkələrin sionist rejimin qırğın maşınının durdurulması istiqamətində daha güclü və kollektiv tədbir görmələrini istəyib.

 İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Maskat-da Oman krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidi ilə görüşüb.

İki ölkə arasındakı siyasi əlaqələrin ən yüksək səviyyədə olmasından razılıq edən Əmir-Abdullahiyan ümidvarlıq edibdir ki: Yeni mərhələdə iki ölkə münasibətlərinin bütün cəhətlərində siyasi proseslə eyniistiqamətli əlaqələrin daha da genişlənməsinin şahidi olacağıq.

Əmir-Abdullahiyan sionist rejimin Amerika hökumətinin hərtərəfli himayəsi altında Fələstinin Qəzzə zolağı və qərb sahilində törətdiyi soyqırımının və hərbi  cinayətlərin davam etməsindən dərin nigarançılıq ifadə edib.

İran xarici işlər naziri Omanın Fələstin xalqına olan dəstəkli mövqeyi, eləcə də rəsmi Maskat-ın müalicə üçün bir qrup fələstinli yaralını qəbul etmək üzrə son hərəkətinə görə minnətdarlıq ifadə edib, islami ölkələrin sionist rejimin qırğın maşınının durdurulması istiqamətində daha güclü və kollektiv tədbir görmələrini istəyib.

Oman xarici işlər naziri Seyid Bədr Əlbusəidi də iki ölkənin müxtəlif sahələrdəki əlaqələrinin inkişaf prosesindən razılıq edib,/ iki ölkə başçılarının razılaşmalarını bu ölkələrin əlaqələrində yeni sıçrayışın başladıcısı adlandırıb.

Oman xarici işlər naziri sionist rejimin İranın Dəməşqdəki diplomatik binasına qarşı hücumunu bir daha pisləyib və onu təcavüzkarcasına hərəkət, həmçinin bütün diplomatik toxunulmazlıqlar və müqavilələrə zidd hesab edib.

 Oman xarici işlər naziri bu hadisə ilə bağlı, İranın dövləti, xalqı və şəhidlərin ailələrinə empatiya ifadə edib.

Görüşdə habelə iki ölkənin ikitərəfli, regional və beynəlxalq sahələrdə ciddi-cəhd göstərdikləri digər cəhət və mövzular nəzərdən keçirilib, ətrafında fikir mübadiləsi aparılıb