İranın BMT-dəki səfiri ABŞ-ın özünü rüsvayçı vəziyyətə saldığını bildirib
İrəvani: ABŞ bütün etibarını Qəzzədə soyqırımı dəstəkləməyə sərf etdi
İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi bəyan edib ki, Amerika bütün etibar və abrını Qəzzədə soyqırımı dəstəkləməyə sərf etmişdir.
Əmir Səid İrəvani BMT Baş Assambleyasının iclasında Fələstinlə bağlı deyib: “Bütün beynəlxalq tələblərə və atəşkəsin yaradılması ilə bağlı Təhlükəsizlik Şurasının 2728 saylı qətnaməsinin qəbul edilməsinə baxmayaraq, İsrailin beynəlxalq qaydalara məhəl qoymaması və amansız bombardmanları, Qəzzə xalqına qarşı soyqırımı davam etdirməsi ilə Qəzzədə viranedici vəziyyət davam edir, regionda təhlükəsizlik və humanitar vəziyyət şiddətlənib”.
dİranlı diplomat çıxışının davamında qeyd edib ki, Qəzzədə vəhşi hərəkətlər və soyqırım aktları, eləcə də beynəlxalq hüququn dəfələrlə pozulması ABŞ-ın açıq razılığı və tam siyasi, maliyyə və hərbi dəstəyi və iştirakı olmadan mümkün deyildi.