Rəisi sionst rejimin Qəzzə zolağındakı cinayətlərinin durdurulmasına təkid edib
İran İslam Respublikasının prezidenti sionst rejimin Qəzzə zolağında və Fələstində törətdiyi qırğın və cinayətlərin durdurulması istiqamətində islami ölkələrin və İslam Ümmətinin təsirli səyləri və həmkarlıqlarına təkid edib.
İran prezidenti Seyid İbrahim Rəisi bu gün İraq prezidenti Əbdüllətif Rəşidin telefon zənginə cavab olaraq, öncə, İraqın xalqı və hökumətini səadətli Fitr bayramı münasibətilə təbrik edib.
İran prezidenti sonra bütün imkanlardan istifadə ilə, Fələstinin məzlum, lakin müqavimətli və qüdrətli xalqına qarşı qırğın və soyqırımının durdurulması üzrə səy istiqamətində bütün dünya müsəlmanları və azadlıqsevərlərinin üzərlərinə düşən böyük və mühüm şəri və insani məsuliyyətə təkid edib.
İranın xalqı və dövlətini səadətli Fitr bayramı münasibətilə təbrik edən Əbdüllətif Rəşid də iki ölkə əlaqələrini möhkəm, dərin və iki xalqın maraqlarının təmini istiqamətində dəyərləndirib.
İraq hökuməti də bu qənaətdədir ki. iki ölkə/ bədxahların fitnələrindən uzaq, dostcasına əlaqələrini daha da gücləndirmək üçün səy göstərməlidir- deyə, Əbdüllətif Rəşid vurğulayıb.