Apr 11, 2024 15:50 Asia/Baku
  • İran XİN başçısı region ölkələinin xarici işlər nazirləri ilə telefonla danışıb

İran Xarici İşlər Naziri Əmir-Abdullahian bəzi region ölkələrininin xarici işlər nazirləri ilə telefon danışığında ölkələr arasında əlaqələrin inkişafı və genişləndirilməsini, həmçinin son regional hadisələri, xüsusilə Fələstindəki müharibə şəraitini müzakirə edib.

Əmir-Abdullahian Türkiyəli həmkarı ilə apardığı telefon danışığında iki ölkənin hökuməti və xalqını Fitr bayramı münasibətilə təbrik edib.

Tərəflər həmçinin Fələstindəki son hadisələri və sionist rejimin Qəzzədə davam etdirdiyi cinayət və təcavüzləri, həmçinin İsrailin İran İslam Respublikasının Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə raket hücumunun reaksiyaları və mümkün nəticələri haqda müzakirər aparıblar.

Bundan əlavə Əmir-Abdullahian İraqlı hənkarı Fuad Hüseyn, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Ali Nəhyan və Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdür-rəhman bin Casim Ali Sani ilə telefon danışıqlarında bölgədəki son hadisələri, xüsusilə Fələstindəki vəziyyəti müzakirə edib.