Apr 13, 2024 15:28 Asia/Baku
  • Sepah Hörmüz boğazı yaxınlığında sionist rejimlə bağlı gəmini saxlayıb

Sionist rejimlə bağlı «MCS Aries» adlı bir konteyner daşıyan gəmi bu gün İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı dəniz qüvvələri tərəfindən Fars Körfəzində yerləşən Hörmüz boğazı yaxınlığında saxlanılıb.

Gəminin saxlanılması, hava hücumu əməliyyatı və gəminin göyərtəsinə qüvvə düşürülməsilə həyata keçirilib.

İranın sahil sularına istiqamətləndirilən gəminin yiyəsi, Eyal Ofer adlı sionist sərmayə sahibidir. Portuqaliya bayrağı altında hərəkət edən gəmi, “Zodiak Meritaym” şirkəti tərəfindən idarə olunur.

Əmirliklərdən Hindistana doğru hərəkət edən bu ticarət gəmisi limandan çıxarkən izləmə sistemlərini söndürübmüş.

Gəminin saxlanılması haqda daha çox detal yayılmayıb və mükəmməl xəbər sonradan göndəriləcək.