SEPAH-ın sionist rejimə qarşı kütləvi əməliyyatlar haqda elanı
İran İnqilabı Keşikçiləri Korpusu elan edib:
Sionist rejimin törətdiyi çoxsaylı cinayətlərə cavab olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hava Qüvvələri onlarla raket və PUA-larla Fələstinin işğal altda qalmış ərazilər daxilində müəyyən obyektlərə zərbələr endirib”
İslam İnqilabı Keşikçiləri Korpusunun “Əsl vəd” əməliyyatı ilə bağlı elan edib:
İslam İnqilabı Keşikçiləri Korpusu İran İslam Respublikasının Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə hücumda şər sionist rejimin son törətdiyi cinayətlər nəticəsində İranın bir qrup komandir və hərbi məsləhətçilərinin şəhidəti səbəbilə SEPAH Aerokosmik Qüvvələrinin qüdrətli cavabı haqda elanda onlarla raket və PUA-ların işğal altındakı ərazilər daxilindəki hədəflərə müvəffəqiyyətlə atıldığını və obyektlərin vurulduğunu bildirib.
Elanın mətni belədir:
Mərhəmətli və Rəhmli Allahın adı ilə
İslami İranın şərəfli və şəhidpərvər xalqı şər sionist rejimin çoxsaylı cinayətlərinə, o cümlədən İran İslam Respublikasının Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə hücumuna cavab olaraq bu səhərin ilk saatında İranın komandirləri və hərbi müşavirlərinin şəhid edilməsinə cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin igidləri və bu qurumun digər inqilabi qüvvələri ilə birlikdə, qeyri-qanuni və cinayətkar rejimin cəzalandırılması məqsədi ilə “Ya Rəsulullah (s)” rəmzi və “Əsl vədə” adlı əməliyyatı zamanı işğal olunmuş ərazilər daxilindəki hədəfləri onlarla raket və pilotsuz uçuş aparatları ilə uğurla vurmuşlar.
Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi və Silahlı Qüvvələrin Baş Qərargahının nəzarəti altında İran İslam Respublikasının qeyrətli şəxsiyyətlərinin və həmçinin Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin müşayəti və dəstəyi ilə həyata keçirilən bu əməliyyatın təfərrüatları, tezliklə qəhrəman İran xalqının və dünyanın azad xalqlarının diqqətinə çatdırılacaq.