Apr 14, 2024 14:59 Asia/Baku
  • Prezident Rəisi:

İran İslam Respublikasının prezidenti bildirib ki, əgər soyqırımçı İsrail rejimi hər hansı reaksiya verərsə, qəti və daha sərt cavabla üzləşəcək.

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi sionist rejimin İslam Respublikasının məqsəd və mənafelərinə qarşı təcavüzkar addımlarına cavab olaraq İran silahlı qüvvələrinin tarixi, silinməz və zəfərli əməliyyatlarına toxunaraq qeyd edib:

"İran xalqının İslam İnqilabı Keşikçiləri Korpusunda xidmət göstərən qeyrətli və şücaətli övladları ölkənin bütün müdafiə və siyasi qurumlarının birgə əməkdaşlıq və koordinasiyası ilə İranın iqtidarlı tarixində yeni səhifə açmış və sionist düşmənə unudulmaz dərs vermişlər"

Rəisi bildirib ki, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin döğru vədi olan təcavüzkarın cəzalandırılması icra edilib. Başı uca İran İslam Respublikasının silahlı qüvvələri müqtədircəsinə, işğal olunmuş ərazilərdə sionist işğalçı rejimə mənsub olan hərbi obyektlərinə qarşı tərkibli əməliyyat aparmışlar. Bu İranın qanuni müdafiə səlahiyyətləri çərçivəsində tam şəkildə özünü müdafiə tədbiridir.