Apr 14, 2024 19:16 Asia/Baku
  • İran Xarici işlər naziri:

İranın xarici işlər naziri deyib: "İran İslam Respublikası istənilən təcavüzə qarşı öz qanuni maraqlarını qorumaqdan çəkinməyəcək"

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian "X" hesabında İranın sionist rejimə qarşı əks-əməliyyatına toxunaraq yazıb:

"Qanuni müdafiə hüququndan istifadə İranın regional və beynəlxalq sülh və təhlükəsizliyə məsuliyyətlə yanaşdığını göstərir"

İranın xarici siyasət rəhbəri bəyan edib ki, İran İslam Respublikasının hazırkı məqamda müdafiə əməliyyatlarını davam etdirmək niyyəti yoxdur. Amma lazım gələrsə, istənilən təcavüzə qarşı qanuni maraqlarını qorumaqdan da çəkinməyəcək.