Apr 14, 2024 21:41 Asia/Baku
  • Əmir Abdullahian:

İran Xarici işlər naziri bu gün keçirdiyi brifinqdə bildirib ki, qanuni müdafiənin məhdud şəkildə aparılaraq sionist rejimi cəzalandırılması o deməkdir ki, biz cavabımızda heç bir mülki obyektləri müəyyən etməmişdik. Silahlı qüvvələrimiz heç bir iqtisadi və mülki infrastrukturları hədəfə almamışdı.

 İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bu gün İran İslam Respublikasının sionist rejimə qarşı əməliyyatları ilə bağlı mətbuat konfransında deyib:

"Biz Amerika bazalarının yerləşdiyi qardaş və dostlarımıza bildirmişdik ki, məqsədimiz qanuni müdafiədir ki, bu, yalnız İsrail rejimini cəzalandırmaqdan ibarətdir və bizim Amerikanın bölgədəki bazalarını hədəfə almaq kimi niyyətimiz yoxdur.

 Əmir Abdullahian deyib daha sonra əlavə edib:

"Biz regionda gərginliyin artmasını heç vaxt müsbət qarşlamamışıq, lakin xəbərdarlıq etmişik ki, əgər ABŞ qərəzli şəkildə Tel-Əvivi müdafiə və dəstəkləmək üçün sözügedən ölkələrin məkanından və ya ərazisindən istifadə edərsə, həmin Amerika hərbi bazaları mütləq hədəf alınacaq"

 "Biz bu mesajımızı tez qəbul edib Amerika və başqalarını öz ərazilərindən hər hansı baş verə biləcək müharibəni dərhal uzaq tutmağa çalışan qonşularımıza və bölgədəki qardaşlarımıza təşəkkür edirik.  Biz həmişə qonşu ölkələrdə və regionda olan qardaşlarımızın təhlükəsizliyinə sədaqət göstərmiş və qonşularımızın təhlükəsizliyini İran İslam Respublikasının təhlükəsizliyi kimi qəbul etmişik.