Apr 16, 2024 02:16 Asia/Baku
  • İran Amerika, İngiltərə, Fransa və Almaniyaya sərt xəbərdarlıq etdi

General Əbülfəz Şikarçı: “Amerika, İngiltərə, Fransa və Almaniya liderlərinə xatırladırıq ki, qanunsuz, terrorçu və uşaq qatili İsrail rejiminə dəstəyə son versinlər!”

 İran Silahlı Qüvvələrin sözçüsü General Əbülfəz Şikarçı bəzi qərb ölkələrinin rəhbərlərinin sionist rejimə dəstəyinə cavab olaraq deyib:

  “Kimsə, o cümlədən siz (Amerika, İngiltərə, Fransa və Almaniyaya) və o çarəsiz məhvə məhkum rejim ayaqlarını kənara atarsa, biz onların ayaqlarını işğalçı və şər İsrailə əvvəlki cavabdan daha güclü şəkildə kəsəcəyik!

Biz İran İslam Respublikası olaraq “Doğru Vədə” əməliyyatında düşmənə qarşı raket və PUA-larla radar və hava hücumundan müdafiə sistemlərini sındırmış və sionistlərə layiqli cavabını vermişdik

Biz tövsiyə edirik ki, İranın qanuni və hüquqi hərəkətini pisləməkdənsə, ağıllı davranın və bataqlığına qərq olmuş qeyri-qanuni, axmaq və terrorçu sionist rejimə dəstək verməyin və özünüzü yanan təndirə atmayın.

 

Teqlər