Apr 16, 2024 12:25 Asia/Baku
  • “Sionist rejimin çəkindirmə qabiliyyəti dağıldı”

Pakistan İslam Camaatı Partiyasının sədr müavini İran İslam Respublikasının İsrail rejimə qarşı hərbi cavabını Tehranın qanuni haqqı hesab edərək bildirib ki, Tehranın müdafiə əməliyyatları ilə İsrailin çəkindirici gücü dağıldı.

Ləyaqət Bəluç Lahorda KİV-ə müsahibəsində İranın “Doğru Vəd” əməliyyatına münasibət bildirərək deyib: “İran İslam Respublikasının raket və pilostuz təyyarə əməliyyatı əslində İsrailin təcavüzünə cavab idi və İranın qanuni haqqı hesab olunur.”

Onun sözlərinə görə, indi əməliyyatın nəticələrini və ya müvəffəqiyyət dərəcəsini müzakirə etmək vaxtı deyil, əsas məsələ İranın cəza tədbirinin ən mühüm mərhələsi Əl-Əqsa Tufanı əməliyyatının başlamasından bu yana ikinci dəfə olaraq işğalçı İsrail rejiminin çəkindirmə gücünün dağılmasıdır.