Apr 16, 2024 12:34 Asia/Baku
  • “Qərbi Asiyadakı güc balansında yeni üfüqlər yarandı”

İran İslam Respublikasının XİN rəhbəri ölkənin Silahlı Qüvvələrinə təşəkkür edib.

Hüseyn Əmir Abdullahiyan general-leytenant Baqiri, general-leytenant Səlami, general-leytenant Musəvi və general-mayor Hacızadəyə yazdığı məktubda “Doğru Vəd” əməliyyatının planlaşdırılması və həyata keçirilməsi ilə bağlı bildirib: “Bu dəyərli və mürəkkəb əməliyyat Qərbi Asiya regionunda güc balansının yeni tərifini verdi və ölkəmizin Silahlı Qüvvələrinin çəkindirici gücünü İslamın və İranın düşmənlərinə sübut etdi”.

Nazir öz məktubunda zəfərli “Doğru Vəd” əməliyyatını tanınmış “qanuni müdafiə” prinsipinə əsaslanan addım adlandıraraq xarakterizə edib.