Apr 16, 2024 12:43 Asia/Baku
  • Cavid Cabbarlı: İran raketləri İsrailin Dəmir Qübbəsini aşsüzənə döndərdi

Azərbaycanlı ilahiyyatçı Sepahın “Doğru Vəd” əməliyyatını yüksək qiymətləndirib.

Almaniyada mühacirətdə yaşayan ilahiyyatçı Cavid Cabbarlı feysbuk üzərindən etdiyi paylaşımda yazır: “Bütün dünya qəbul etdi ki, İran İsrailə qarşı 300-dən çox müxtəlif raketlər atdı. İndi düşünün ki, İran bu silahları ən ağır sanksiya və blokada altında istehsal edib”.

İlahiyyatçının fikrincə, bu hücumdan əsas məqsəd İranın hərbi gücünü dünyaya qəbul etdirmək idi. Əməliyyat nəticəsində dəmir qübbə aşsüzən oldu.

Cavid Cabbarlı sonra yazır: Bir zamanlar "İran çox zəifdir, hərbi gücü yoxdur" deyənlər, indi qeyd-şərtsiz onun qüdrətini etiraf edirlər. Digər tərəfdən isə İranın kişi kimi savaşı səbəb olur ki, İran xalqı bayram etsin, dövləti ilə qürur duysun.