Apr 16, 2024 12:45 Asia/Baku
  • Hər bir təcavüzkarın ayaqlarını qıracağıq

İran İslam Respublikası sübut edibdir ki, militarist deyil və müharibənin genişlənməsini istəmir.

Bunu, İran İslam Respublikası Silahlı Qüvvələrinin baş sözçüsü general pasdar Əbülfəzl Şekarçı deyib. Vurğulayıb ki, İran torpağına  təcavüz edəcək hər bir təcavüzkarın ayaqlarını qıracağıq.

General pasdar Şekarçi bəzi Qərb ölkələrinin sionist rejimə dəstək vermələrinə reaksiya olaraq, söyləyib: Amerika, İngiltərə, Fransa və Almaniyanın dövlət başçılarına xatırladırıq ki; məhv olmaqda olan/ uşaq qatili, terrorçu, qanunpozan və şər İsrail rejimini himayə etməkdən əl çəkin; siz yaxşı bilirsiniz ki, İran İslam Respublikası militarist olmadığını və müharibənin genişlənməsini də istəmədiyini sübut edibdir.

Amma əgər hər kəs, o sıradan siz,/ həmçinin çökməkdə olan aciz İsrail rejimi ayağını yorğanından kənara uzadarsa, cavabını/ təcavüzkar və şər sionist rejimə verdiyimiz öncəki cavabdan daha qüdrətli şəkildə verəcək və ayaqlarını qıracağıq- deyə, general Şekarçi bildirib.

O əlavə edib: Sizə tövsiyə edirik ki; İslami İranın qanuni hərəkətini pisləmək yerinə,/ ağıllı olun/ və qanunsuz, axmaq, terrorçu və bataqlıda batan sionist rejimi himayə etməyib,/ özünüzü od saçan təndirə atmayın.