Apr 16, 2024 12:47 Asia/Baku
  • İsrailin əks tədbirlərinə İranın cavabı çevik və əhatəli olacaq

İran İslam Respublikasının Türkiyədəki səfiri Məhəmməd Həsən Həbibullahzadə bəyan edib ki, Tehranın Tel-Əvivin əks tədbirlərinə reaksiyası tez və əhatəli olacaq.

Səfir bildirib: “İran İslam Respublikasının zərbəsi zəruri, mütənasib olub və yalnız İranın Dəməşqdəki konsulluğuna terror hücumunda istifadə edilən hərbi hədəflərə yönəlib. İran silahlı qüvvələri iqtisadi mərkəzlərə və mülki əhalinin məskunlaşdığı ərazilərə zərbələr endirməyib. Bu əməliyyatla İran İslam Respublikası regionda münaqişəni qızışdırmağa çalışmır. Buna görə də İran bu məsələnin onun üçün bitdiyini bəyan edib, lakin sionist rejim əks tədbirlər görsə, reaksiyası tez və əhatəli olacaq”.

Onun sözlərinə görə, İran İslam Respublikası İsrail rejimini istənilən hərbi avantüralara qarşı xəbərdar edib, rəsmi Tehranın suverenlik, ərazi bütövlüyü və xalqın təhlükəsizlik və milli maraqların pozulmasının qarşısını almaq və istənilən təhlükəyə müvafiq qaydada cavab vermək əzmində olduğunu vurğulanıb.