Apr 17, 2024 14:04 Asia/Baku
  • İsrail səhvə yol verərsə onu dəhşətli qarşıdurma gözləyir

Prezident Rəisi İİR ordusunun parad mərasimində:

Əl-Əqsa tufanından sonra DOĞRU VƏD əməliyyatı İsrailin heybətini dağıtdı və onun gücünün hörümçək toru olduğunu isbatladı.SEPAH və rodunun yaratdığı güc nümayişi, Ali Baş Komandanın buyurduğu kimi sionist rejimin cəzalanması ilə nəticələndi. Bu dəqiq planlaşdırılmış əməliyyat idi və bütün dünyaya və zahirdə təchizatlı görünən güclərə, ABŞ və sionist rejimin hamilərinə İranın meydanda olduğunu, bizim silahlı qüvvələrin hazır vəziyyətdə olaraq Ali Baş Komandanın əmrini gözlədiyini elan etmiş oldu. Region ölkələrinə deyirəm ki, bizim hərbi qüvvələrimiz təhlükəsizlik və sülh təminatçısıdır və regiona güc verərək arxalanası yerdir. Bu ölkələr sionist rejimlə əlaqə qurmaq yerinə öz imkanlarına və bizim ordu və SEPAH qüvvələrinə arxalansınlar. Regionda əcnəbi qüvvələrə ehtiyac yoxdur.

Teqlər