Apr 18, 2024 15:33 Asia/Baku
  • Əmir Abdullahian: ABŞ İsrail əleyhinə əməliyyatdan əvvəl və sonra məlumatlandırılıb

İran xarici işlər naziri deyib: "İran İslam Respublikası sionist rejimə qarşı "Doğru Vəd" cəza əməliyyatından əvvəl ABŞ-ı bu haqda məlumatlandırıb".

Hüseyn Əmir Abdullahian BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Nyu-Yorka daxil olarkən, sionist rejimin Suriyadakı İran konsulluğuna qarşı hücumu ilə bağlı cinayətinə və BMT və Təhlükəsizlik Şurasının bu cinayəti qınamaqda passivliyinə işarə edərək, Doğru Vəd əməliyyatı ilə bağlı deyib: "İran İslam Respublikasında beynəlxalq hüquq və legitim müdafiə çərçivəsində İsrail rejiminə lazımi cavab verilməsi üçün qərar verildiyi zaman biz Amerikaya məlumat verdik". 

"Doğru Vəd əməliyyatından sonra da diplomatik kanallar vasitəsilə ABŞ-a başqa bir mesaj göndərdik və açıq şəkildə bildirdik ki, İran regionda gərginliyin artmasına can atmır və regionda gərginliyi artıra biləcək yeganə şey sionist rejimin davranışlarıdır" , - deyə o, əlavə edib.

Əmir Abdullahian Nyu-Yorka səfərinin məqsədi ilə bağlı deyib: "Cümə axşamı günü BMT Təhlükəsizlik Şurasının Qərbi Asiyada baş verənləri araşdırmaq üçün çağırılan və əsas diqqət Fələstinə yönələn iclasında iştirak edəcək".

Əmir Abdollahian bildirib ki, BMT-nin iclası regionda sabit sülh və təhlükəsizliyin bərqərar olması zərurətinə uyğun olaraq İran İslam Respublikasının fikirlərini izah etmək üçün bir fürsətdir.

"Eyni zamanda, BMT-nin baş katibi və digər xarici həmkarlar, eləcə də beynəlxalq təşkilatların rəhbərləri ilə görüşmək fürsətindən istifadə edərək, Qəzzədə müharibənin dayandırılması yollarını, geniş humanitar yardımların göndərilməsini, Fələstin və regionun təhlükəsizliklə bağlı digər məsələləri müzakirə edəcəyəm", - deyə İran xarici işlər naziri qeyd edib. 

Teqlər