Apr 18, 2024 16:14 Asia/Baku
  • Sepah sionist rejimin təhdidlərinə cavab verdi

Sərdar Həqtələb: İran nüvə doktrinasını dəyişə bilər

İranda Nüvə Obyektlərinin Mühafizəsi və Təhlükəsizliyi Korpusunun komandiri sionist rejimin təhdidlərinə cavab olaraq bildirib ki, İran İslam Respublikasının elan etdiyi nüvə doktrinası və siyasətlərini dəyişərək hazırkı mövqeyindən imtina etməsi istisna edilmir.

General Əhməd Həqtələb ölkənin nüvə mərkəzlərinin tam təhlükəsizlikdə olduğuna toxunaraq deyib: “Sionist rejimin İranın nüvə mərkəzlərinə qarşı təhdidləri bəyan edilmiş nüvə siyasətləri və mülahizələrini yenidən nəzərdən keçirməyə və onlardan kənara çıxmağa imkan verir”.

Sepah generalı qeyd edib ki, ötən illərdən bəri saxta sionist rejim təhdidlərlə yanaşı, İran İslam Respublikasının nüvə sənayesinə qarşı təxribat və terror aktları həyata keçirib.

Generalın sözlərinə görə, beynəlxalq protokol və standartlara və Beynəlxalq Nüvə Agentliyinin qaydalarına əsasən, bütün ölkələrin nüvə obyektlərinə hücumunun qarşısı alınmalıdır; İran İslam Respublikası da əvvəldən bu təhdidlərlə mübarizə aparmağa həmişə hazır olub.

Sərdar Həqtəlab son vaxtlar xunta rejimin İran İslam Respublikasının Suriyadakı Səfirliyinin Konsulluq Şöbəsinə hücum etməklə bütün beynəlxalq qanun və qaydaları pozduğuna işarə edib və sonra deyib: “Allahın lütfü, Ali Baş Komandanın tədbirləri və İran silahlı qüvvələrinin səyləri və son dərəcə qabaqcıl imkan və avadanlıqlardan istifadə etməklə sionist rejimdən gələn istənilən təhlükənin öhdəsindən gəlməyə hazırıq”.

O, İran İslam Respublikası silahlı qüvvələrinin tam hazırlıq vəziyyətində olduğunu vurğulayaraq qeyd edib: “Sionist düşmənin nüvə mərkəzləri müəyyən edilib və bütün hədəflər haqqında lazımi məlumatlar var. Mümkün bir hərəkətə istənilən anda cavab verə bilərik, müəyyən edilmiş hədəfləri vurmaq üçün qüdrətli raketlərin tətiyi çəkiləcədir”.

O, bəyan edib ki, sionist rejim İranın nüvə obyektləri və mərkəzlərimizə qarşı tədbir görmək istəsə, mütləq qarşılığını alacaq və bu rejimin nüvə obyektləri qabaqcıl silahlarla məhv ediləcək.

General Həqtələb həmçinin deyib: “Əgər saxta sionist rejim ölkəmizin nüvə mərkəzlərinə hücum təhdidindən İrana təzyiq vasitəsi kimi istifadə edərsə, İran İslam Respublikasının nüvə doktrinasına və siyasətlərinə yenidən baxılacaq”.

Sərdar Həqtəlab Aliməqamlı Rəhbərin “vur-qaç dövranı keçib” deyə məşhur açıqlamasını xatırladaraq qeyd edib ki, əgər sionist rejim İrana qarşı təcavüz aktı həyata keçirərsə, onlar əmin olsunlar ki, İran silahlı qüvvələrindən alacaqları zərbə “Doğru Vəd” əməliyyatı kimi tarixdə qalarğı olacaq.

 

 

Teqlər