Apr 20, 2024 13:34 Asia/Baku
  • İsrailin hər hansı yanlış hərəkətinə İranın cavabı sərt olacaq - TƏHLİL

İran İslam Respublikası sionist rejimin avantüraları ilə bağlı xəbərdarlıq edərək, bu rejimin hər hansı yanlış hesablamalarına daha sərt cavab verəcəyini vurğulayıb.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan BMT Təhlükəsizlik Şurasına sədrlik edən Maltanın xarici işlər naziri “İan Borq” ilə görüşdə İran silahlı qüvvələrinin son zamanlar Dəməşq Kosulluğuna İsrailin hücumuna verdiyi güclü cavabı izah edərkən bildirib: “İran İslam Respublikası hərbçiləri qanuni müdafiə çərçivəsində bu yaxınlarda İsrailin İranın Suriyadakı konsulluğuna hücumuna cavab verib və əgər sionist rejimin İslam Respublikasının mənafeyinə qarşı macəraları təkrarlanarsa, Tehranın cavabı keçmişdəkindən çox daha sürətli və daha qəti olacaqdır”.

Əmir-Abdullahiyan Nyu Yorkda BMT-nin baş katibi Antonio Quterreş ilə görüşündə də sionist rejimin hərbi mövqelərinə qarşı əməliyyatın beynəlxalq hüquq çərçivəsində olduğunu onun diqqətinə çatdırıb.

İran İslam Respublikası son günlərdə dəfələrlə vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının fəaliyyətsizliyinin davam etməsi və İsrail rejiminin İranın Dəməşqdəki Konsulluğuna hücumunu pisləməməsi Tehran tərəfindən sionist rejimin cəzalandırılmasına səbəb oldu.

İran hesab edir ki, ikinci dərəcəli məsələlərlə məşğul olmaq əvəzinə, regiondakı mövcud böhranın, yəni Fələstin və Qəzzə probleminin kökünə baxılmalıdır. İsrail rejiminin Qəzzə və İordan çayının qərb sahilində yaşayan fələstinlilərə qarşı hərbi cinayətlərinə son qoyulmalıdır.

Digər tərəfdən, sionist rejim ABŞ və müttəfiqlərinin dəstəyi ilə Qəzzədə müdafiəsiz fələstinli uşaq və qadınların qətliam və soyqırımını həyata keçirməklə yanaşı Suriyanın işğal olunmuş ərazilərindən kənarda diplomatik və qeyri-diplomatik mərkəzlərə hücumlarda israrlıdır.

Bu məsələləri nəzərə alaraq, görünür ki, beynəlxalq ictimaiyyət gərginliyin genişlənməsinin qarşısını almaq, regionda sülh və təhlükəsizliyin bərqərar olmasına kömək etmək üçün ilk növbədə Qəzzədə dərhal müharibənin dərhal dayandırılmasına diqqət yetirməli və əməli tədbirlər görməlidir.