Apr 20, 2024 13:37 Asia/Baku
  • İranın xarici işlər naziri: Netanyahu nəzarətdən çıxıb və cilovlanmalıdır

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian deyib ki, İsrail rejiminin baş naziri cinayət törətməkdə nəzarətdən çıxıb və nəzarətə alınmalıdır.

İranın ali diplomatı Nyu-Yorkda öz diplomatik məsləhətləşmələrinin və görüşlərinin davamında yerli vaxtla cümə günü axşam Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Tor Vennesland ilə görüşüb. 

İranın ali diplomatı bu görüşdə İranın Silahlı Qüvvələrinin təcavüzkar sionist rejimin hərbi obyektlərinə qarşı əməliyyatının legitim müdafiə və beynəlxalq hüquq çərçivəsində olduğunu bildirərək, deyib: "İran bu əməliyyatı daha geniş miqyasda həyata keçirə bilərdi, amma sionist rejimin hərbi obyektlərinin təkcə aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna hücumda istifadə etdikləri hissəsini hədəfə aldı". 

Əmir Abdullahian əlavə edib: "Sionist rejim ABŞ və müttəfiqlərinin dəstəyi ilə Qəzzədə müdafiəsiz fələstinli uşaq və qadınları qətlə yetirir və soyqırım törədir ". 

İran xarici işlər naziri, həmçinin vurğulayıb ki, regionda sabitlik və təhlükəsizliyin əsas amili sionist rejimin Qəzzə və İordan çayının qərb sahilindəki cinayətlərinin dayandırılması və daimi atəşkəsin yaradılmasıdır.

"Netanyahu nəzarətdən çıxıb və nəzarətə alınmalıdır", - deyə o, qeyd edib. 

Bu görüşdə Birləşmiş Millətlər Təşkilatının baş katibinin Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi köməkçisi Tor Vennesland da öz növbəsində deyib: "Birləşmiş Millətlər Təşkilatı regionda gərginliyi azaltmağa çalışır və sülh və təhlükəsizliyin bərqərar olması üçün bütün səylərini səfərbər edəcək".

Vanneseland qeyd edib ki, beynəlxalq ictimaiyyət bütün diqqətini Qəzzədə dərhal atəşkəsin əldə edilməsinə və müharibənin dərhal dayandırılmasına yönətməlidir.