Apr 21, 2024 14:38 Asia/Baku
  • İranın hücumunun miqyası ABŞ-ı şoka saldı

İranın İsrailə hücumlarının miqyası ABŞ rəsmilərini şoka salıb.Bu barədə “Uoll Strit Jurnal” nəşri yazıb.

“İranın hücumunun miqyası aprelin 13-də Ağ Evin “situasiya otağına” toplaşanları şoka salıb. Bu, gözlədiyimiz həddən də yuxarı oldu”, - rəsmilərdən biri nəşrə açıqlamasında bildirib.

Qəzet yazıb ki, dünyada heç kim bu qədər ballistik raketin qarşısını ala bilməyib:

“Vaşinqtonda hesab edirlər ki, ABŞ və İsrail eyni anda 50 ballistik raketin qarşısı ala bilərlər, amma 100-dən çox raketlə bağlı Pentaqon təminat verə bilmir”.