Apr 22, 2024 15:42 Asia/Baku
  • İran prezidenti Pakistana daxil olub

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi ikitərəfli əlaqələr və həmkarlıqları gücləndirmək məqsədilə yüksək səviyyəli siyasi və iqtisadi nümayəndə heyətilə Pakistana daxil olub.

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi Ravilpindi şəhərinin Nur Xan hava limanına daxil olarkən ev sahibi olan ölkənin yüksək vəzifəli siyasi və hərbi rəsmiləri, o sıradan Pakistan əmək və mənzil naziri Riyaz Pirzadə tərəfindən qarşılanıb.

Cənab Rəisi Pakistanda yeni hökumətin cari milad ilinin fevral ayında təşkil edildiyi zamandan bəri ölkə başçılarının bu ölkəyə sayılan ilk səfərində bazar ertəsi günü bu ölkənin yüksək vəzifəli rəsmilərilə görüşməlidir. Sözügedən pakistanlı rəsmilərə bu ölkənin baş naziri Şahbaz Şərif və prezidenti Asif Əli Zərdari daxildir. Rəisi onlarla ayrı-ayrılıqda görüşməlidir.

Pakistanın yüksək vəzifəli rəsmilərilə regional məşvərətlər, ikitərəfli danışıqlar, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və gücləndirilməsi mehvərli bu ikigünlük səfərdə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, həmçinin İranın daxili işlər, müdafiə, yol, ədliyyə, kənd təsərrüfatı və mədəniyyət nazirləri bir ticarət heyətilə yanaşı cənab Rəisini müşayiət edirlər.

Rəisinin Pakistana səfəri gedişində ikitərəfli münasibətlərin geniş spektri barədə ikitərəfli danışıqlardan əlavə, iki dost və qonşu ölkə arasında müxtəlif sektorlara aid olan bir neçə əməkdaşlıq sənədi imzalanmalıdır. Sənədlər İran və Pakistan rəsmiləri tərəfindən imzalanacaq.

 

Pakistan medialarının proqnozlarına əsasən, iki qonşu ölkə arasında sərbəst ticarət üzrə ilkin layihə, həmçinin “İP” adlı İrandan Pakistana qaz nəqli layihəsi, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, terrorizmə qarşı birgə həmkarlıqlar barədə məşvərət, iki ölkə rəsmiləri tərəfindən araşdırılacaq mühüm mövzulardan olacaq.