Apr 23, 2024 12:47 Asia/Baku
  • Heç kəs İranla Pakistan arasında ayrılıq sala bilməz

Heç kəs İran və Pakistan xalqları arasında ayrılıq sala bilməz. Bunu, İran prezidenti söyləyib.

Seyid İbrahim Rəisi dünən gecə İslamabadda müxbirlər qarşısında bildiribdir ki: İran və Pakistan qonşu ölkələrdirlər. Bundan əlavə, iki ölkənin və iki xalqın etiqad və inamları qırılmaz bağlar yaradıbdır. Elə buna görə də, heç bir vəchlə İran və Pakistan xalqları arasında ayrılıq salmaq olmaz.

İran prezidenti vurğulayıb: İran və Pakistan hökumətlərinin məqsədləri, əməkdaşlıqları genişləndirməkdir, çünki iki ölkə arasında bir çox siyasi, iqtisadi, elmi, mədəni və texnoloji imkanlar var və bu imkanlardan ikitərəfli əlaqələri yüksəltmək üçün istifadə etmək olar.

Rəisi həmçinin deyib: İran İslam Respublikası və Pakistan Fələstini himayə edirlər. Hər iki ölkə Fələstinə qarşı zülm və cinayətin bitməsi üçün ölkələrin sionist rejimə dəstəklərinin dayandırılmasını vurğulayır.

İran və Pakistan bu qənaətdədirlər ki, insan hüquqlarını və məzlumları himayə etmək gərəkdir. İki ölkə terrorizm və narkotik maddələrlə mübarizə sahəsində eyni baxışa malikdir- deyə, İran prezidenti vurğulayıb.