May 04, 2024 13:37 Asia/Baku
  • İran xarici işlər naziri Qambiyaya səfər edib

İran xarici işlər naziri Əmir-Abdullahian İslam Əməkdaşlıq Təşkilatının Qambiyada keçirilən 15-ci Zirvə toplantısında iştirak etmək üçün diplomatik nümayəndə heyətinin müşayəti ilə bu ölkənin paytaxtı Bancula səfər edib.

İslam Əməkdaşlıq Təşkilatının 4-5 may tarixində keçiriləcək sammitdə İslam dünyasının müxtəlif mövzuları və təşkilata üzv olan ölkələrin çağırışları, xüsusilə Fələstin məsələsi və Qəzzədəki mövcud vəziyyət müzakirə ediləcəkdir.

Bu görüşdə, Fələstin qətnamə layihəsi, Bancul bəyanatının layihəsi və sammit iclasının yekun sənədinin layihəsi də daxil olmaqla üç sənəd Xarici İşlər Nazirləri Şurasının iclasının sonunda təqdim ediləcəkdir.

İran XİN başçısı Əmir Abdullahiyan sammitdəki çıxışında İslam dünyasında, regional və beynəlxalq hadisələrlə bağlı İran İslam Respublikasının mövqelərini bəyan edəcəkdir.

Bundan əlavə Nazir Əmir Abdullahianın bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

 

Teqlər