May 12, 2024 14:42 Asia/Baku
  • İlk üç gündə Tehran kitab sərgisində 142 milyard tümənlik satış baş tutub

Otuz beşinci Tehran beynəlxalq kitab sərgisinin direktor müavini bildiribdir ki, ilk üç gündə sərgidə yüz qırx iki milyard tümənlik satış baş tutub.

Əli Ramazani dünən müxbirlər qarşısında deyibdir ki, bu tədbirin ilk üç günündə əyani bölmədə ümumilikdə yüz dörd milyard, virtual bölmədə isə otuz səkkiz milyard tümən dəyərində kitab satılıb.

Sərgiyə gələnlər arasında aparılan gündəlik rəy sorğusuna işarə edən otuz beşinci Tehran beynəlxalq kitab sərgisinin direktor müavini əlavə edib: Əyani rəy sorğusunda on nəfərdən yeddi nəfər bildiribdir ki, nəzərdə tutduğu naşirləri tapıbdır, yəni insanların altmış altı faizi sərgidə nəzərdə tutduğu naşirləri tapıbdır.