Şəhid Zahidinin ailəsi İnqilab Rəhbərilə görüşüb
İnqilab Rəhbəri Şəhid Zahidinin ailəsilə görüşdə buyurublar ki: Şəhid Zahidinin şəhadəti dəyərli və əhəmiyyətli nəticələr verdi.
Şəhid Zahidinin ailəsi bu gün günortaçağı İnqilab Rəhbərilə görüşüb.
Bu xəbəri öz şəxsi səhifəsində yayan «İnqilab Rəhbərinin əsərlərinin qorunması və nəşri ofisi»nin üzvü- Mehdi Fəzaili belə yazıb: İnqilab Rəhbəri bu gün günorta və ikindi namazlarından sonra şəhid Zahidinin şəhadətinin qırxı günü ilə bir zamanda bu şəhidin ailəsilə görüşdə buyurublar: Şəhid Zahidinin şəhadəti dəyərli və əhəmiyyətli nəticələr verdi.
Mehdi Fəzaili əlavə edib: O həzrət bu görüşdə bildiriblər ki, İran İslam Respublikasının əzəməti özünü göstərdi və bütün bunlar onun şəhadəti hesabına oldu.
Fəzaili sonra belə qeyd edib: İnqilab Rəhbəri həmçinin bəyan etdilər ki, Zahidi «əşqi-ül-xəlayeq»in (اشقیالخلایق) əlləri ilə şəhid edildi.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu il aprelin dördündə Qüds yolunun yeddi şəhidi- Məhəmməd-Rza Zahidi, Məhəmməd-Hadi Hacı-Rəhimi, Hüseyn Əmanullahi, Seyid Mehdi Cəladəti, Möhsün Sədaqət, Əli Ağa-Babayi və Seyid Əli Salehi-Ruzbehaninin cənazələrinə namaz qıldılar.
Sepah-ın Qüds qüvvələrinin komandanlarından olan general pasdar Məhəmməd-Rza Zahidi sionist rejimin bu il aprelin birində İranın Dəməşqdəki konsulluğuna qarşı hücumunda yüksək şəhidlik dərəcəsinə nail oldu.