Otuz beşinci beynəlxalq kitab sərgisi
LİD- Otuz beşinci Tehran beynəlxalq kitab sərgisi “Oxuyaq və quraq!” şüarı ilə Tehranda yerləşən İmam Xomeyni(r.ə.) müsəllasının şəbüstanında keçirilir.
Otuz beşinci Tehran beynəlxalq kitab sərgisi virtual və fiziki sərgilər formasında, naşirlərin iştirak təcrübəsinin təkrarlanması və “Oxuyaq və quraq!” şüarı ilə keçirilir. Ölkənin bu mədəniyyət tədbiri bu gün də müxtəlif ədəbi və elmi mərasimlərlə müşayiət olunub.
m.m- Mən, Seyid Abdullah Murtəza, Livandan gəlmişəm. 27 il ardıcıl şəkildə Tehran kitab sərgisində iştirak edirəm. Bu il də Livanın “Əmcad” nəşriyyatı adı altında sərgidə iştirak etmişik. İran-Livan mədəniyyət əlaqələri keçmişdən bu günədək artıbdır. Livanda şer axşamı, musiqi axşamı, kitab sərgiləri, Fəcr ongünlüyü və ləyaqət ongünlüyü tədbirlərində iştirak ən yaxşı şəkildə həyata keçməkdədir.
m.m- Səccad Yusefiyəm. Bu gün kitab sərgisinə müraciət edənlərin sayı olduqca çox idi. Biz İranda kitaboxuma mədəniyyətinin artmasının şahidiyik. Mən istədiyim kitabları burada asanlıqla tapdım və bundan çox razıyam.