Prezident Rəisi:
İran və Azərbaycan xalqları arasında qəlbən qırılmaz bağlılıq var
İran prezidenti Qızqalası hidroqovşağının açılış mərasimində Azərbaycan və İran İslam Respublikasının arasındakı möhkəm əlaqələrə toxunaraq deyib ki, İran və Azərbaycan xalqları arasında qəlbən qırılmaz bağlılıq var.
Seyid İbrahim Rəisi mayın 19-da Azərbaycanlı həmkarı İlham Əliyevin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxış edərkən deyib ki, bizim dost, qardaş və qonşu Azərbaycan ölkəsi ilə münasibətlərimiz, İnqilabın Aliməqamlı Rəhbərinin buyurduğu kimi söyləsək təkcə qonşuluq münasibətləri həddində deyil bu həmçinin iki ölkə və iki xalqın arasındakı qədimdən və qəlbən olmuş əlqələri qırılmazdır və İran-Azərbaycan xalqları arasındakı əlaqələr heç bir şəkildə qırılmaz olaraq qalacaqdır.
Seyid İbrahim Rəisi Araz sərhəd çayı üzərində “Qız qalası” hidroqovşağının istismara verilməsi mərasimində Azərbaycan ölkəsi ilə münasibətlərimizin qonşuluq münasibətləri hüdudlarından aşdığını vurğulayaraq bildirib ki, bu münasibət və əlaqələr iki xalqın və ölkənin inanclarından qaynaqlanan, tariximizi, mədəniyyətimizi və keçmişimizi birləşdirən möhkəm bir əlaqədir.
İran prezidenti Qız Qalası bəndinin açılışını İran və Azərbaycan xalqının iradə möhkəmliyi və birgə əməkdaşlığının simvolu kimi qiymətləndirərək qeyd edib ki, Araz çayı həmişə əziz Azərbaycan xalqı ilə İranı birləşdirən bağ olub və bu qırılmaz bağ 50 il öncə Araz bəndi ilə iki ölkənin və iki xalqın əməkdaşlığına söykənir.