May 21, 2024 13:02 Asia/Baku
  • Xübreqan Məclisinin altıncı çağırışının işə başlaması münasibətilə İnqilab Rəhbərinin müraciəti

İslam İnqilabının Böyük Rəhbəri Rəhbərlik Xübreqanı Məclisini islami demokratiyanın simvolu adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei Xübreqan Məclisinin altıncı çağırışının işə başlaması münasibətilə etdikləri müraciətdə islami və qurani mərifətin «şəriət və aqilliy»i və «qeyb və şühud»u eyniistiqamətli etmək sahəsindəki sayıqcasına tədbirinə işarə ediblər. O həzrət bütün dünyadakı oyaq vicdanları dinlə mübarizə aparan və ya dindən qaçan sistemlərin acı gerçəkliklərinə diqqət yetirməklə islami hakimiyyətin heyranedici, cazibədar, düyünləri açan, möhkəm və əhatəli layihəsi barədə düşünməyə çağırıblar.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin mərhum prezident Seyid İbrahim Rəisi və Təbrizin mərhum imamcüməsi Məhəmməd-Əli Ali-Haşimin xatirələrini əziz tutub və belə qeyd ediblər: Rəhbərlik Xübreqanı Məclisi demokratik islami quruluşun əsas sütunlarından olaraq, müəyyən zaman fasilələrində xalqın bacarıqlı əli ilə möhkəmlənir və quruluşun sağlamlığı və davamlılığına zəmanət verir.

Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: İslami meyarlar əsasında rəhbərin seçilməsi, özü xalq tərəfindən seçilən Xübreqan Məclisinin üzərinə düşür və bu, İran İslam Respublikasının ən aydın nişanəsi və mərifətidir.

İnqilab Rəhbəri həmçinin deyiblər: Bu gün Qəzzə faciəsi, həmçinin qəsbkar sionist rejimin amansızcasına törətdiyi soyqırım və silahsız və müdafiəsiz minlərlə uşaq, qadın və kişinin qırğın olunması və belə bir halda, sözdə, Qərb liberal hökumətlərinin bu qaniçən canavara arxa durmaları və onu himayə etmələri Qərbin insan hüquqları və azadlığının mənasını oyaq vicdanlar üçün üzə çıxarır.

Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Bu gün İran İslam Respublikası quruluşunun məsul şəxslərinin və onun bütün vurğunlarının bu böyük fenomenin həqiqətini danışıq və əməldə bütün dünyadakı həqiqət aşiqlərinə göstərmələri üçün yeni bir fürsət yaranıb.

Rəhbərlik Xübreqanı Məclisinin altıncı çağırışının açılış mərasimi bu gün keçirilib.