Mərhum prezident inqilab şüarlarının təcəssümü idi
İslam İnqilabının Böyük Rəhbəri çərşənbə günü gecə höccətülislam vəlmüslimin şəhid Rəisinin mənzilində olaraq, xalqın ona olan hörmət ifadəsini İran İslam Respublikasının xeyrinə olan dünyaya bir mesaj adlandırıblar.
Höccətülislam vəlmüslimin Ələmülhüda, şəhid Rəisinin həyat yoldaşı xanım doktor Ələmülhüda, mərhumun övladları və qohumlarının iştirak etdikləri bu görüşdə İslam İnqilabının Böyük Rəhbəri cənab Rəisinin itirilməsini ölkə üçün son dərəcə ağır xəsarət hesab ediblər.
Xalqın prezidentin müşayiət mərasimindəki iştirakına toxunan Həzrət Ayətullahuluzma Xamenei bildiriblər ki, bu iştirak onunla görüşən xarici qonaqların da gözlərindən yayınmayıbdır. O həzrət bu iştirakı İran İslam Respublikasının xeyrinə olan və İslam Respublikasının xəlqi kökü və qüvvətini göstərən dünyaya bir mesaj adlandırıblar. Bu güdrət və qüvvət İran cəmiyyəti və xalqının dərinliyində köklərə malikdir.
İslam İnqilabının Böyük Rəhbəri görüşün davamında vurğulayıblar ki, mərhum prezidentin sədaqətli xidmətləri onun həyatı dövrü ilə xülasələşmir. Cənab Rəisi həyatından sonra da ölkəyə dəyərli xidmətlər göstərdi- deyə, İnqilab Rəhbəri qeyd ediblər.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin hadisənin baş verməsindən sonra xalqın/ müxtəlif şəhərlərdə təşkil etdiyi toplantılarda lütfkarlıq, məhəbbət və hörmət ifadə etməsinə işarə edib və vurğulayıblar ki: Prezidentin sağlamlığı üçün dua və roza ilə müşayiət olunan bu toplantılar xalqın inqilaba və İslam İnqilabı şüarlarına olan bağlılığını göstərir.
Şəhid Rəisinin İslam İnqilabı şüarlarının təcəssümü olduğunu bildirən o həzrət deyiblər ki, inqilabın əsas sözləri prezidentin dilindən çıxırdı və o, bu şüarları öz şüarları kimi qərar vermişdi.
İslam İnqilabının Böyük Rəhbəri görüşün sonunda höccətülislam vəlmüslimin şəhid Rəisi üçün dua edib, onun bağışlanmasını istəməklə yanaşı, Allah-Taalanın dərgahında mərhumun ailəsi üçün səbir diləyiblər.