May 25, 2024 14:03 Asia/Baku
  • Şəhid Rəisinin müşayiəti bəşəriyyət tarixinin üçüncü böyük müşayiəti idi

Livan Hizbullahının baş katibi deyib ki, xidmət şəhidlərinin hörmətinə/ Livanın azad edilməsi və müqavimətin ildönümü şənliyi keçirilməyəcək. Bildirib ki, şəhid Rəisinin və onun yanındakıların müşayiət mərasimi bəşəriyyət tarixinin üçüncü böyük müşayiət mərasimi idi.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah dünən Beyrutun «Cənubi Zahiyyə» məhəlləsində yerləşən Seyyidüşşühəda hüseyniyyəsində İranın şəhid prezidenti və onu müşayiət edənlərin anım mərasimində çıxış edib.

Şəhid Rəisinin helikopterinin süqutu hadisəsi İranın daxili və xarici üçün çox kədərli və qəmgin idi- deyən Livan Hizbullahının baş katibi qeyd edibdir ki: Şəhid Rəisi fəqih, din alimi, çalışqan, mömin, təvazökar, həmçinin münafiqlər və düşmənlərlə mübarizədə çox şücaətli idi və müqavimətə və onun baxışına inanırdı.

Şəhid Rəisinin dövründə İranla qonşu ölkələr və Şərq ölkələrilə əlaqələrə üstünlüyün verilməsi və İranın diplomatik iştirakında dəyişikliyin şahidi idik.

Livan Hizbullahının baş katibi İranın şəhid xarici işlər naziri barədə isə belə deyib: Şəhid Əmir-Abdullahiyan Livana, Fələstinə və müqavimət hərəkatlarına çox rəğbət edirdi və bu, onun şəxsiyyət özəlliklərindən biri idi.

Seyid Həsən Nəsrullah əlavə edib: Təbrizdən Məşhədə qədər şəhidlərin müşayiət mərasimlərindən müşahidə etdiyimiz səhnələr olduqca əzəmətli və çox mühüm mesajlara malik idi. Şəhid Rəisinin və onun möhtərəm silahdaşlarının müşayiəti, İmam Xomeyni(r.ə)-dən və şəhid Qasım Süleymanidən sonra bəşəriyyət tarixinin üçüncü böyük müşayiət mərasimi idi. Əgər şəhidlərin cənazələrinin İranın digər şəhərlərində müşayiət olunması imkan olsaydı, milyonlarla nəfər onlarda iştirak edərdi.

Şəhid Rəisinin və silahdaşlarının əzəmətli müşayiət mərasiminin mesajı, İmam Xomeyni(r.ə)-in və İran İslam Respublikası rəhbərliyinin xəttinə sədaqət, beyət və əzmkar öhdəlikdir.

Seyid Həsən Nəsrullah söyləyib: İran güclü, birlikli və möhkəm bir ölkədir; prezidentin və bu ölkənin bariz şəxsiyyətlərindən çox bərəkətli bir qrupun şəhadəti çox kədərli olsa da, bu hadisə İranı zəiflətmədi və onu titrətmədi. İran orqanlar və qanun dövlətidir və onun başında bu ölkəni idarə edən aqil bir rəhbər durur. Onun iradəsi və İran xalqının roluna inamı da çox yüksəkdir. Bunlar İran İslam Respublikasının baxışının bir/ və onun dininin əsas hissəsidir və məsulların getmələri ilə dəyişməyəcəkdir.