May 25, 2024 14:16 Asia/Baku
  • Cənab Rəisinin itirilməsi bizim hamımızın ürəyini ağrıtdı

Ərəbistan vəliəhdi İran prezidenti vəzifələrinin icraçısı ilə telefon əlaqəsində İranın şəhid prezidenti Ayətullah Rəisinin itirilməsi ilə bağlı başsağlığı verib və onun ikitərəfli və regional münasibətlərin bərpası və genişləndirilməsi yolunun davam etdirilməsinə təkid edib.

Məhəmməd bin Salman/ Məhəmməd Müxbir ilə telefon əlaqəsində əlavə edib: Başsağlığı mesajının göndərilməsi, həmçinin Ərəbistanın xüsusi nümayəndəsi və xarici işlər nazirinin Tehrana gəlmələri sizin dərdinizə şərik olmaq istiqamətində bizim borcumuz idi və o əzizlərin/ əlaqələrin bərpası və inkişafı istiqamətində başladıqları yol/ Ərəbistan tərəfindən qüvvətlə davam etdiriləcək.

İran-Ərəbistan əlaqələrinin genişləndirilməsinin region və İslam dünyası üçün olan önəmini vurğulayan bin Salman bildiribdir ki, Tehran və Ərriyad regionda və İslam dünyasında əsas rola malikdirlər və qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə/ onlar region üçün parlaq bir gələcək yarada bilərlər.

Məhəmməd Müxbir də Səudiyyə Ərəbistanının kralı və vəliəhdinin Ayətullah Rəisinin şəhadəti kimi kədərli hadisə ilə bağlı məhəbbətli və həmrəy mesajlarına, həmçinin bu ölkənin kralının xüsusi nümayəndəsi və xarici işlər nazirinin İranda olmalarına görə təşəkkür edib.

Müxbir qonşular və dost ölkələrlə əlaqələrin genişləndirilməsini Ayətullah Rəisinin uğurları və strategiyalarından adlandırıb və belə deyib: Cənab Rəisi kimi çalışqan və xalq prezidentinin itirilməsi bizim üçün ağırdır, amma ölkənin hərəkəti əsla dəyişməyəcək və şəhid prezidentin dövründə İran ilə Ərəbistan arasındakı elə həmin maraq və əminlik ruhu davam edəcəkdir.