May 25, 2024 17:33 Asia/Baku
  • İmam Xomeyni(r.ə.) hüseyniyyəsində şəhidlərin anım mərasimi keçirilib

İslam İnqilabının Böyük Rəhbəri tərəfindən xidmət şəhidlərinin anım mərasimi keçirilib.

Bu gün səhər xidmət şəhidləri- höccətülislam vəlmüslimin şəhidlər Seyid İbrahim Rəisi, Hüseyn Əmir-Abdullahiyan, Təbrizin imamcüməsi- höccətülislam vəlmüslimin Ali-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti, prezidentin mühafizə bölməsinin komandiri general pasdar Seyid Mehdi Musəvi və ekipaj üzvləri- ikinci dərəcəli aviasiya briqada generalı Seyid Tahir Müstəfəvi, ikinci dərəcəli aviasiya briqada generalı Möhsün Dəryanuş və ikinci dərəcəli texniki polkovnik Behruz Qədiminin anım mərasimi İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) hüseyniyyəsində keçirildi.

Mərasimdə xalqın müxtəlif təbəqələrindən minlərlə nəfər, şəhidlərin ailələri, üç hakimiyyət qüvvəsinin başçıları, ölkə və ordu başçıları, xarici qonaqlar, xüsusən İraq prezidenti, bu ölkənin digər rəsmilərindən bir qrupu, həmçinin müxtəlif ölkələrin səfirləri iştirak ediblər.

Beynəlxalq Quran qiraətçiləri Qurandan ayələr qiraət ediblər. Əhli-Beyt(ə) mədhiyəçiləri isə məddahlıq edib, müsibəti zikr ediblər.

Mərasimdə höccətülislam Rəfii öz çıxışında xalqa xidməti, saflığı və təvəkkülü/ höccətülislam vəlmüslimin Rəisi xüsusiyyət təşkil etməklə xidmət şəhidlərinin üç özəlliyi adlandırıb və belə deyib: İlahi vədə əsasən, Allah-Taala xalqa xidməti və saleh əməli sədaqətlə və saflıqla yerinə yetirən insanların məhəbbətini xalqın ürəyində qərar verir və bu məsələni bu şəhidlərin əzəmətli müşayiətində gördük.