Neft hasilatının sutkada 4 milyon barrelə yüksəldilməsi təsdiqləndi
https://azeri.sahartv.ir/news/İran-i411530-neft_hasilatının_sutkada_4_milyon_barrelə_yüksəldilməsi_təsdiqləndi
İranda İqtisadi Şuranın müvəqqəti prezidentin sədrliyi ilə keçirilən ikinci iclasında ölkənin neft hasilatının sutkada 4 milyon barrelə qədər artırılması planı təsdiq edilib.
(last modified 2024-05-26T08:22:20+00:00 )
May 26, 2024 12:20 Asia/Baku
  • Neft hasilatının sutkada 4 milyon barrelə yüksəldilməsi təsdiqləndi

İranda İqtisadi Şuranın müvəqqəti prezidentin sədrliyi ilə keçirilən ikinci iclasında ölkənin neft hasilatının sutkada 4 milyon barrelə qədər artırılması planı təsdiq edilib.

Məhəmməd Müxbirin sədrliyi ilə keçirilən iclasda qeyd olunub ki, plana əsasən, ölkənin xam neft hasilatını artırmaq planı çərçivəsində ölkənin neft hasilatı gündəlik 3,6 milyon bareldən 4 milyon barrelə yüksələcək. Bu planın həyata keçirilməsi ilə ölkədə xam neft hasilatının həcmi sutkada 400 min barel artacaqdır.