May 26, 2024 15:55 Asia/Baku
  • İranın islami və qonşu ölkələrlə əlaqələrinin yüksəlişi şəhid Rəisinin uğurlarından idi

Şəhid Seyid İbrahim Rəisinin İslam ümməti qarşısındakı mühüm addım və nailiyyətləri, eləcə də şəxsiyyət özəlliklərini sadalayan İran prezidentinin vəzifələrinin icraçısı söyləyib:

Şəhid prezidentimiz böyük addımlar atıb, uğurlar qazandı. Bəlkə də onun ən qabarıq addımlarından biri, İranın islami, qonşu və eyniistiqamətli ölkələrlə əlaqələr səviyyəsini yüksəltməsi olub və o, həqiqətən də bu yolda çox uğurlu hərəkət edib.

İranın şəhid prezidenti Seyid İbrahim Rəisinin və onunla yanaşı olanların itirilmələri ilə bağlı başsağlığı vermək məqsədilə Tehrana səfər edən İraq prezidenti Əbdüllətif Rəşid İraqın sabiq prezidentləri, baş nazirləri, bu ölkənin siyasi qruplarının liderləri və şəxsiyyətlərindən ibarət nümayəndə heyətilə yanaşı, dünən İran prezidentinin vəzifələrini icra edən Məhəmməd Müxbir ilə görüşüb.

İraqlı heyəti səmimiyyətlə qarşılayan Müxbir İran prezidentinin və onunla yanaşı olanların şəhadəti ilə bağlı İranın dövləti və xalqı ilə həmrəylik və empatiya ifadə etdiklərinə görə İraq dövləti və xalqına səmimi qəlbdən təşəkkür edib.

İran xalqı bu hadisədə iki böyük, ürəkyandıran, çalışqan və xadim şəxsiyyəti itirdi, amma Allah-Taalanın köməkliyi və İslam Respublikası quruluşunun möhkəm çərçivələrinə söykənməklə onu arxada qoyacağıq- deyə, Müxbir vurğulayıb.

Ayətullah Rəisinin və onunla yanaşı olanların şəhadətlərindən dərin təəssüf ifadə edib, İraqın dövləti və xalqı adından İranın dövləti və xalqına başsağlığı verən İraq prezidenti Əbdüllətif Rəşid də Ayətullah Rəisinin İraq xalqına verdiyi dəstəkləri yüksək dəyərləndirib və belə qeyd edib: Onun şəhadəti nəinki İran xalqı üçün, həm də İraq xalqı və bütün region üçün böyük və ağır bir müsibətdir.