May 26, 2024 16:11 Asia/Baku
  • Lavrov və Baqiri Moskva-Tehran münasibətlərinin gücləndirilməsinə təkid ediblər

Rusiya xarici işlər naziri Sergey Lavrov və İran Xarici İşlər Nazirliyinin başçısı Əli Baqiri dünən axşam bir telefon söhbətində Moskva-Tehran münasibətlərinin gücləndirilməsinə təkid ediblər.

Lavrov dünən axşam Əli Baqiri ilə telefon əlaqəsində İran İslam Respublikasının prezidenti və xarici işlər nazirinin şəhadətləri münasibətilə başsağlığı verib və empatiya ifadə edibdir.

O, həmçinin ölkəsinin iki ölkə münasibətlərinin inkişaf etdirilməsi və gücləndirilməsindəki əzmkarlığı və iradəsinə təkid edib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin başçısı Əli Baqiri də bu telefon danışığında Rusiyanın yüksək vəzifəli rəsmilərinin empatiya ifadə etmələrinə, həmçinin İranın prezidenti və xarici işlər nazirini aparan helikopterin axtarış əməliyyatında həmkarlıq istiqamətində Rusiyanın hazırlıq elan etməsinə görə təşəkkür və minnətdarlıq edib. Bildirib ki: Multilateralizm və beynəlxalq əlaqələrin gücləndirilməsi İran və Rusiyanın ədalətli bir dünyanın formalaşdırılması üzrə strateji seçimidir və bu yolda hər bir ölkə öz imkanları və bacarıqlarına görə, rol oynayacaq.

İran İslam Respublikası da keçmişdə olduğu kimi, qüvvətlə bu yolda addımlayacaq- deyə, Baqiri vurğulayıb.